Bioqrafiya

image
image

Uz. Dr. Elnura Salmanova

Uzman doktor Elnurə Salmanova öz sahəsində təcrübəli həkimlərdən biridir. 2001-2008-ci illərdə Azərbaycan Tibb Universitetində tibb təhsili alıb. 2010-2013-cü illərdə ümumi cərrah kimi fəaliyyətə başlayıb. 2013 - 2014-cü illərdə İstanbul Universitetində ümumi cərrah kimi təhsil alıb. 2016-cı ildə Türkiyədə “Qadın xəstəlikləri və Doğum” üzrə uzmanlıq təhsilinə başlayıb. Bu təhsilin ilk 2 ilini Marmara Universitetində geri qalan 2 ilini isə Konya Necməddin Ərbakan Universitetində “Qadın xəstəlikləri və Doğum” fakültəsində təhsilini davam etdirib.


2020-ci ildə vətənə borcunu ödəmək üçün könüllü olaraq 44 günlük Vətən Müharibəsində həkim-cərrah kimi iştirak edir. Müharibədən sonra Türkiyədəki təhsilini başa vuraraq ölkəsinə geri dönüb və cərrah mamaginekoloq olaraq fəaliyyətinə başlamışdır. Uz. dr. Elnurə Salmanova hazırda TƏBİB-in təşəbbüsü ilə xaricdə tibb təhsili almış həkimlərin dövlət xəstəxanalarına işə cəlbi  proqramında iştirak edir və TƏBİB-in tabeçiliyində olan klinikaların birində mama-ginekoloq vəzifəsində fəaliyyət göstərir. 

Əziz xanımlar,sağlamlığınız üçün ildə bir dəfə ginekoloji müayinədən keçmək mütləqdir!

Bioqrafiya

Akademik Karyera

2002–2008
Azərbaycan Tibb Universiteti

Müalicə-Profilaktika Fakültəsi

2008–2009
İnternatura

Mama-ginekologiya ixtisası üzrə

2013–2014
İstanbul Universiteti Klinikası

Klinik ordinatura

2016–2018
İstanbul Marmara Universiteti

Qadın Xəstəlikləri və Doğum Klinikası

2018–2021
Konya Nəcməddin Ərbakan Universiteti

Qadın Xəstəlikləri və Doğum Klinikası

2021
Ege Hospital
2022
Respublika Perinatal Mərkəzi
2023
Mərkəzi Neftçilər Xəstəxanası
Efendiyev adına 2 saylı Xətai Tibb Mərkəzi
2024
Leyla Medikal Center
davam edir
EndoDubai Beynəlxalq Ginekologik Konfransı (7-ci)
Dubay
Türkiyə Maternal Fetal Tibb və Perinatologiya Dərnəyi Milli Konqresi
İstanbul, Türkiyə
Üreme Sağlığı ve İnfertilite Dərnəyi
Türk Ginekologiya və Obstetrik Dərnəyi Milli Konqresi
Antalya
EndoDubai Beynəlxalq Ginekologik Konfransı (8-ci)
Dubay
Üreme Sağlığı ve İnfertilite Konqresi (TSRM)
Antalya